Bakıda mobil telefonlar və pul oğurlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumaüt yayıb.
Bildirilib ki, paytaxt ərazisində iki nəfərin mobil telefonları və 500 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisələri törədən Rövşən Səfərov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Azad olunmuş ərazilərdə 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb - FOTO