SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) öz rekordunu yenilədi.
“İki sahil” xəbər verir ki, Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balını BANM-ın İnformasiya təhlükəsizliyi ixtisası topladı.
Dövlət İmtahan Mərkəzinin 2024/2025-ci tədris ili üçün açıqladığı nəticələrə əsasən, İnformasiya təhlükəsizliyi ixtisasına keçid 687 bal oldu.
Ölkə üzrə qeydə alınmış ən yüksək göstəricidir. BANM illərdir ki, bu siyahıya liderlik edir.
Əvvəlki rekord isə 685 bal idi.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb