Vətənimizin müdafiəsi uğrunda öz canından keçən I Qarabağ müharibəsinin şəhidi, rayonun Dərvişli kəndindən olan Sultanov Nemət Mirişıq oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət edildi.
“İki sahil” xəbər verir ki, ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək yaxınlarına baş sağlığı vermişlər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Sultanov Nemət Mirişıq oğlu 23 avqust 1973-cü ildə Biləsuvar rayon Dərvişli kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Dərvişli kənd tam orta məktəbində təhsil almışdır və 9 mart 1992-ci ildə Biləsuvar Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. 16 avqust 1992-ci ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş və 11 sentyabr 1992-ci ildə Dərvişli kənd qəbirstanlığında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək təhsil aldığı Dərvişli kənd tam orta məktəbinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
BMT-nin Dəniz Təşkilatı Hormuz boğazında hücuma məruz qalan gəmilərin sayını açıqlayıb
Çin Ordusunun keçmiş Qərargah rəisi Mərkəzi Hərbi Şuranın tərkibindən çıxarılıb