Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində yaşayış binalarından birində baş verən yanğın səbəbindən metronun “Nərimanov” stansiyası istiqamətində yolda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə "İki sahil"ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.