27 avqust 2024 11:37
560

Sumqayıtda qardaş qardaşı bıçaqlayıb - YENİLƏNİB

Sumqayıt şəhərində iki qardaş arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onlardan birinin xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "İki sahil"ə bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

***

Sumqayıtda qardaş qardaşı bıçaqlayıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin 1-ci məhəlləsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Cabbarov Səxavət Nəbi oğlu münaqişə zəminində qardaşı, 1971-ci il təvəllüdlü Cabbarov Elşən Nəbi oğluna bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.