Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı və Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində bu il artıq 900 nəfər şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik bizneslər yaradılıb.
Bu barədə "İki sahil"ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, onlardan 90 nəfəri şəhid ailəsi üzvləri, qalanları müharibə veteranlarıdır. Həmin vətəndaşlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunub. Onlar təlimi bitirdikdən sonra seçdikləri iqtisadi fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərini qurmaları üçün aktivlərlə təmin ediliblər.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib