Türkiyə və Azərbaycan bundan sonra da yaxşı və pis günlərdə bir yerdə olacaq.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransı zamanı bildirib.
"Türkiyə və Azərbaycan hər zaman "Bir millət, iki dövlət" anlayışı ilə hərəkət edib. Bundan sonra yaxşı gündə də, pis gündə də bir yerdə olacaqlar", - nazir deyib.
H.Fidan qarşıdakı dövrdə də iki ölkənin dostluğu və qardaşlığı naminə yaxından işləməyə davam edəcəklərinə inandığını söyləyib.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar