28 avqust 2024 11:13
513

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Avqustun 27-də polis əməkdaşları Bakı və rayonlarda 1 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 28 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.