Azərbaycanda su itkilərinin qarşısının alınması məqsədi ilə suvarma kanallarının yenidən qurulması və bərpası, içməli su mənbələrinin yaradılması, həmçinin su ehtiyatlarını artırılması üçün yeni su anbarlarının yaradılması istiqamətində işlər həyata keçirilir.
“İki sahil” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, suya tələbatın artması fonunda iqtisadiyyatın bütün sahələrində qənaətedici su texnologiyalarından istifadəni, suya tələbatı tullantı sularının təmizlənərək istifadəsi yolu ilə ödənilməsi mühüm əhəmiyyət kəsb edir.
O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən yaşıllaşdırma işləri çərçivəsində əsas su mənbəyi kimi təkrar emal olunan sulardan geniş istifadə edilir: “Bu həm içməli su ehtiyatlarının qorunması, həm də suların təkrar dövriyyəsini təmin etməklə sudan səmərəli istifadəyə gətirib çıxarır”.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib