Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnaməsi təsdiq edilib.
“İki sahil” xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Yasaqlıq Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 24 noyabr tarixli 416 nömrəli Qərarı ilə Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində yaradılmışdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 iyun tarixli 306s nömrəli Sərəncamı ilə fəaliyyəti bərpa edilmişdir.
Əsasnamədə Yasaqlığın fəaliyyət istiqamətləri, xüsusi mühafizə rejiminin xüsusiyyətləri və Yasaqlığın mühafizəsi müəyyənləşib.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar