Prezidentin Mətbuat Xidmətinin məlumatı
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.
“İki sahil” xəbər verir ki, dövlət başçısı Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.
Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Yüksək səviyyədə təmasların əhəmiyyətinə toxunularaq bu il Belarus Prezidentinin Azərbaycana dövlət səfərinin əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verdiyi bir daha qeyd edilib.
Dövlət başçıları əməkdaşlığın perspektivlərinə dair və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar