Türkiyə regionda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın atdığı addımları dəstəkləyir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlığı və dostluğu iki ölkə arasında münasibətlərin yol xəritəsini müəyyənləşdirir. Azərbaycanın inkişafının və əldə etdiyi nailiyyətlərin Türkiyədə böyük qürur hissi doğurduğunu deyən qonaq ölkənin Qafqazın parlayan ulduzu olduğunu vurğulayıb.
Beynəlxalq münasibətlərdə Azərbaycanın artan roluna toxunan Şamil Ayrım bir sıra beynəlxalq təsisatlarda, xüsusilə də Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinə qarşı haqsızlığı və ədalətsizliyi qeyd edib.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar