Müşahidəmizə əsasən, seçki prosesinin Azərbaycan qanunlarına uyğun həyata keçirildiyini deyə bilərəm.
“İki sahil” xəbər verir ki, bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 11 saylı seçki məntəqəsinə dəvət olunan TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavini Ahmet Zenbilci seçki prosesi ilə bağlı danışarkən deyib.
Deputat prosesdəki müşahidələri ilə bağlı fikirlərini bildirib:" Azərbaycanda yenilənən Milli Məclisin, parlamentin ölkəyə xeyirli, uğurlu olmasını diləyirik. Seçimin hər kəsə xeyirli olmasını diləyirəm. Müşahidəçi olaraq daha bir neçə bölgəyə gedəcəyik. Müşahidələrimizi aparacağıq və ertəsi gün rəsmi şəkildə təqdim edəcəyik. Atatürkü tarixi bir sözü var - Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Dost və qardaş ölkədə olmaqdan, Azərbaycan demokratiyasının dünyada sürətlə yüksəlməsindən dolayı son dərəcə xoşbəxtik və qürurluyuq. Dostluğumuz, qardaşlığımız daim olsun". (Report)
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar