Bu gün Azərbaycan ilə Slovakiya arasında əlaqələr dinamik inkişaf yolundadır.
“İki sahil” xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqriniyə bu ölkənin milli bayramı – Konstitusiya Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Enerji sahəsində səmərəli birgə fəaliyyətin digər sahələr və istiqamətlər üzrə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edən Azərbaycan Prezidenti bildirib: “İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan-Slovakiya dostluq əlaqələrinin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq”.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub