Qardaş Azərbaycanda bundan əvvəl prezident seçkilərini izləmişdik. Can Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 30 ildən sonra ilk dəfə parlament seçkiləri keçirilir. Türkiyə olaraq bu seçkilər və onun nəticələri bizim üçün də mühüm əhəmiyyət kəsb edir.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə parlamentinin müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
O bildirib ki, seçki prosesində şəffaf seçim müşahidə edilir. Qadınların, gənclərin fəallığı bizi məmnun edir.
“Başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla 86 milyon Türkiyə vətəndaşı Azərbaycanın yanındadır və hər zaman da yanında olacaq. Azərbaycanın qarşıdakı 5 ili çox önəmlidir. Çünki Cənubi Qafqazda Azərbaycanın sülh və sabitlik uğrunda səyləri, ölkənin xarici siyasətinin müəyyən edilməsi, regionda sülhün daimi olması seçimlərinin nəticələrindən də asılıdır və proses çox önəmlidir. Bu seçkilərdə kim qazanırsa qazansın, əsas olan Azərbaycanın tərəqqisi və inkişafıdır”, - deyə TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri vurğulayıb.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub