İndiyədək Qoşulmama Hərəkatının Gənclər Təşkilatından olan müşahidəçilər missiyası iki seçki məntəqəsində olub və gənclərin fəal iştirakı onları heyran edib.
“İki sahil” xəbər verir ki, bunu Ficidən olan İoane Tupou Navaykula Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edərkən təəssüratlarını bölüşüb.
O bildirib ki, gənclərin səsi çox önəmlidir.
Müşahidəçinin sözlərinə görə, Azərbaycanda keçirilən parlament seçkilərində olmaq çox maraqlıdır: “Daha əvvəl qeyd etdiyim kimi, sizin səsvermə qaydalarınızın nə olduğunu dəqiq bilmirəm və onu Ficidə, mənim ölkəmdə olanlarla müqayisə edə bilmirəm”.
O əlavə edib ki, indiyə qədər apardığı müşahidələr göstərir ki, seçicilər gəlib səs vermək imkanı əldə edirlər: "Seçicilər sərbəst şəkildə şəxsiyyət vəsiqələrini göstərir, səsvermə bülletenlərini qutulara atırlar. Yəni hər şey rəvan gedir”.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar