Türkiyədə təhsil alıram və üçüncü kurs tələbəsiyəm. Fəal gənc kimi bir çox könüllü təşkilatların üzvüyəm. Azərbaycan Könüllü Təşkilatları İttifaqından məntəqəyə müşahidəçi olaraq göndərilmişəm.
Bunu 7 saylı Səbail seçki dairəsinin 10 saylı seçki məntəqəsində səsvermə prosesini müşahidə edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvü Ləman Əzizova deyib. O qeyd edib ki, məntəqələrdə müşahidəçilərə səsvermə prosesini daha yaxından izləmək üçün hər bir şərait yaradılıb.
“Mən sevinc içindəyəm. İlk dəfədir ki, Milli Məclisə seçkilər ərazi bütövlüyünü tam bərpa etmiş müstəqil Azərbaycanda keçirilir. Bu gün seçicilər Qarabağda, o cümlədən Şuşada, Xankəndidə səs verirlər. Bundan böyük xoşbəxtlik nə olar bilər?
Bir gənc, bir Azərbaycan vətəndaşı olaraq qürur duyuram ki, vətəndaşlarımız işğaldan azad olunmuş torpaqlarımızda müstəqil dövlətin azad vətəndaşı kimi səsvermədə iştirak edirlər”, - deyə Ləman Əzizova fikrini yekunlaşdırıb.
AZƏRTAC
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar