Nümayəndə heyətimiz səhər saatlarından 8 seçki məntəqəsində olub. Deyə bilərik ki, seçkilər sakit, mütəşəkkil şəraitdə keçirilir. Prosesdə heç bir ciddi pozuntu müşahidə etmədik. Seçkilər həmişə olduğu kimi davam edir və ümidvarıq ki, günün sonunadək səs vermək istəyən hər kəs bu imkandan istifadə edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin üzvü, beynəlxalq müşahidəçilərdən ibarət nümayəndə heyətinin rəhbəri İrakli Kadaqişvili məlumat verib.
“Əlbəttə, bu, öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycanın həyatında baş verən mühüm mərhələdir, çünki seçkilər ölkənin bütün suveren ərazisində keçirilir. Prezident seçkiləri kimi, parlament seçkiləri də Azərbaycan xalqını bir daha birləşdirdi”.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar