Biz burada TÜRKPA-nı təmsil edirik. Səhər Bakıda məntəqələrin açılışını izlədik. Prosesin qaydalar çərçivəsində aparıldığını müşahidə etdik. Sonra da heyətimizlə birgə Qobustana və Şamaxıya gəldik.
“İki sahil” xəbər verir ki, bunu Şamaxıda Milli Məclisə keçirilən növbədənkənar seçkiləri izləyən TÜRKPA-nın müşahidəçilər qrupunun üzvü Kılıç Filiz deyib.
88 saylı Şamaxı seçki dairəsinin 7 saylı məntəqəsində seçkiləri müşahidə edən K.Filiz bildirib ki, seçkilər demokratik şəraitdə keçirilir. “Hazırda Şamaxıda seçkiləri müşahidə edirik. Seçicilərin və məntəqə əməkdaşlarının səsvermə prosesindən, onun gedişatından məmnun olduqlarını gördük. Seçkilər şəffaf şəkildə təşkil olunub. Ümumiyyətlə, Şamaxı önəmli bir şəhərdir. Burada “Türk şəhidliyi” abidəsini də ziyarət etdik. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bu seçkilərin də Azərbaycan xalqına və dövlətinə, Türk dünyasına xeyirli, uğurlu olmasını arzulayıram”, - deyə o əlavə edib.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar