Milli Məclisə növbədənkənar seçkilər üzrə ölkənin şimal-qərb bölgəsində səsvermə prosesi seçici fəallığı şəraitində davam edir.
“İki sahil” xəbər verir ki, bölgədə fəaliyyət göstərən 113 saylı Qax-Şəki seçki dairəsində qeydiyyatda olan 54 min 437 seçici 73 məntəqədə səs verir.
Onlardan 517 nəfəri səsvermə hüququndan ilk dəfə istifadə edir. Dairə üzrə səsvermənin gedişini 1114 müşahidəçi izləyir. 10 seçki məntəqəsində veb-kamera, 2 məntəqədə isə pandus quraşdırılıb.
113 saylı Qax-Şəki seçki dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Abdulla Orucov "Report"un yerli bürosuna bildirib ki, məntəqədə 1112 seçici səs verir.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar