Sentyabrın 1-də ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilir.
“İki sahil” xəbər verir ki, səhər saatlarından 7 saylı Səbail rayon seçki dairəsinin 2 saylı seçki məntəqəsində də səsvermə seçicilərin fəal iştirakı ilə keçirilib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu seçki məntəqəsinə gələrək səs verib.
Məntəqədə 1343 seçici qeydiyyata alınıb.
Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunub. Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Parlament seçkilərində səsvermə hüququna malik vətəndaşların sayı 6 milyon 421 min 960 nəfərdir.
İşğaldan azad olunmuş ərazilərdə 54 seçki məntəqəsi yaradılıb.
Seçki prosesini 598 beynəlxalq müşahidəçi izləyir. Yerli müşahidəçilərin sayı isə 112 min 749 nəfərdir. Səsvermə saat 19:00-da başa çatacaq.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar