Müzəffər Ali Baş Komandanın və rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunmuş ərazilərimizdə bu gün ilk dəfədir ki, parlament seçkiləri keçirilir.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bildirib.
Baş nazir qeyd edib: “Bu gün ilk dəfədir ki, parlament seçkiləri Azərbaycanin bütün ərazisini əhatə edir. Dövlətimizin idarə edilməsində vacib rolu olan qanunverici orqanın - Milli Məclisin müasir dövlətçilik tariximizdə misilsiz xidmətləri var. Xalqımızın ən layiqli namizədlərə səs verəcəyinə inanıram. Mandat qazanacaq deputatlara uğurlar arzulayıram”.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar