01 sentyabr 2024 18:41
415

Beynəlxalq müşahidəçi İqor Xalin: Seçki məntəqələri çox dəqiq və mütəşəkkil işləyir

Mən Rusiya Federasiyasının Tümen vilayətindən Müstəqil Dövlətlər Birliyinin (MDB) missiyasını təmsil edirəm. Cümə günündən Azərbaycandayıq. Bu müddət ərzində biz artıq MDB missiyasının qərargahında görüş keçirməyə nail olmuşuq, sorğu vərəqələri, seçki məntəqəsində necə işləmək barədə tövsiyələr almışıq və Lənkəran şəhərində fəaliyyət göstəririk.

“İki sahil” xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyindən olan beynəlxalq müşahidəçi, Rusiya Federasiyası Tümen vilayəti Seçki Komissiyasının sədri İqor Xalin məlumat verib.

“Biz çox dəqiq və mütəşəkkil işləyən seçki məntəqələrini görə bildik. Bu gün seçki məntəqələrinin açılışında olduq və gün ərzində 10-a yaxın seçki məntəqəsində müşahidələr apardıq. İnsanlar istəklə, xoş əhvali-ruhiyyə ilə səsverməyə gəlirlər. Məntəqə komissiyalarında olan həmkarlarımız çox peşəkarcasına işləyirlər. Seçki bülletenləri doldurulur və gizli səsverməyə riayət olunur. Həmkarlarımıza Azərbaycan Respublikasının parlamentinə seçkilərdə uğurlar arzulayırıq”, - deyə beynəlxalq müşahidəçi vurğulayıb.