Azərbaycanın bütün ərazisində çox mühüm seçkilər keçirilir. Səsvermə prosesi dinc şəraitdə davam edir.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın GUAM Parlamentlərarası Assambleyasındakı nümayəndəsi, Gürcüstan parlamentinin üzvü David Matikaşvili bildirib.
Gürcüstan parlamentinin deputatı əlavə edib: “Biz GUAM Parlamentlərarası Assambleyasını təmsil edirik. Bu, dörd ölkənin - Gürcüstan, Azərbaycan, Moldova və Ukraynanın daxil olduğu təşkilatdır. Mən Gürcüstan parlamentinin üzvüyəm, gürcü tərəfini təmsil edirəm. Baş çəkdiyimiz seçki məntəqələrində heç bir ciddi qanun pozuntusu olmayıb. Qardaş Azərbaycan xalqına bu seçkilərin uğurla başa çatmasını arzulayıram. Seçiləcək parlamentə isə uğurlar diləyirəm”.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar