Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsini müşahidə edir. Z.Nizamxocayev Bakıda MSK sədri Məzahir Pənahovla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Özbəkistanın MSK sədri qeyd edib ki, iki ölkənin seçki orqanları arasında səmərəli əməkdaşlıq həyata keçirilir:
“Seçki prosesinin daha da təkmilləşdirilməsi məqsədilə daim məlumat və qabaqcıl təcrübə mübadiləsi aparılır. Əməkdaşlığın səmərəli formalarından biri də milli seçki kampaniyalarının monitorinqində iştirak etmək üçün müşahidəçilərin qarşılıqlı dəvət edilməsidir”.
Öz növbəsində, M.Pənahov belə əməkdaşlığın Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar