Azərbaycanda parlament seçkiləri obyektiv şəraitdə keçirildi.
“İki sahil” xəbər verir ki, bunu "Report"un əməkdaşına açıqlamasında Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
O bildirib ki, hansısa neqativ hal görməyib: "Əlbəttə, seçici fəallığı prezident seçkilərində olduğu kimi deyildi. Amma bu, başadüşüləndir. Səbəblər məlumdur".
Politoloq, həmçinin Qarabağda ilk parlament seçkilərinin keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib: "Bu, mühüm tarixi hadisədir. Yeri gəlmişkən, deyim ki, mənim işim seçkilərin nəticəsi ilə bağlı proqnoz vermək deyil. Amma inanıram ki, yeni parlament etimadı doğruldacaq".
“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar
İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib
“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır