Builki parlament seçkiləri çərçivəsində "exit-poll" nəticələrimiz üçün 63 min seçicini əhatə etdik.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində "exit-poll” keçirən ABŞ-nin “Oracle Advisory Group” təşkilatının təmsilçisi Vlada Qalan deyib.
"Yenidən Azərbaycanda olmaqdan məmnunuq. Bizim komandamız Azərbaycanda 2013-cü ildən bəri fəaliyyət göstərir. Ölkə üzrə hazırlıq işlərini komandamız üç-dörd həftə ərzində aparıb. Builki parlament seçkiləri çərçivəsində biz 63 min seçicini əhatə etdik. Ölkə üzrə 875 seçki məntəqəsində 1750 təmsilçimiz çalışıb. Sahədə 80 nəzarətçimiz fəaliyyət göstərib", - o qeyd edib.
Vlada Qalan qeyd edib ki, bu cür seçkilərdə "exit-poll" nəticələri ilə bağlı səhv payı 0,45 faizdir: "Yəni nəticələr real nəticələrə yaxındır".
“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar
İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib
“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır