Türkiyənin “Haber Global” telekanalı bu gün Azərbaycanda keçirilən növbədənkənar seçkilərlə bağlı geniş reportaj hazırlayıb.
“İki sahil” xəbər verir ki, telekanalın əməkdaşı Murat Karataş Bakıdan qoşulduğu canlı yayımda seçki prosesinin gedişi ilə bağlı ətraflı məlumat verib.
O, seçkinin vaxtının noyabr ayında deyil, daha tez keçirilməsinin COP29-la əlaqəli olduğunu vurğulayıb.
O qeyd edib ki, sayca yeddinci parlament seçkilərində 125 yer uğrunda 990 namizəd mübarizə aparıb. Müəllif nəzərə çatdırıb ki, budəfəki seçkiləri digərlərindən fərqləndirən əsas məqam onun bütün Azərbaycan torpaqlarında, o cümlədən işğaldan azad edilmiş Qarabağda baş tutmasıdır.
Süjetdə seçkiləri xeyli sayda beynəlxalq müşahidəçi, o cümlədən TÜRKPA, MDB, ATƏT, Türkiyə parlamentinin nümayəndə heyətinin müşahidə etdiyi qeyd edilib.
Həmçinin, Türkiyə parlamentinin nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edildiyi də xüsusi vurğulanıb.
Daha ətraflı videoda:
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB