Sosioloji Tədqiqatlar Mərkəzi ümumilikdə 75 seçki dairəsi üzrə 750 seçki məntəqəsində “exit-poll” keçirib. Nəticələr göstərir ki, Yeni Azərbaycan Partiyası (YAP) inamlı qələbə qazanıb.
“İki sahil” xəbər verir ki, bu fikri növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı sentyabrın 1-də keçirilən mətbuat konfransında Sosioloji Tədqiqatlar Mərkəzinin direktoru Natalya İsayeva səsləndirib. O bildirib ki, YAP-ın namizədləri “exit-poll” keçirilən 45 dairədə, yəni 60 faizində ən çox səs toplayıblar.
Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Seçkilərdə 990 deputatlığa namizəd mübarizə aparır.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar