Yekun nəticə onu deməyə imkan verir ki, seçki məntəqələrində hər şey qrafikə uyğun aparıldı. Müşahidə etdik ki, media nümayəndələri heç bir maneə olmadan prosesi izləyə bilirdilər. Onların sərbəst hərəkətində heç bir məhdudiyyət yox idi.
“İki sahil” xəbər verir ki, bu fikirləri sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı ölkəmizdə səfərdə olan Rumıniya Senatının müşahidə missiyasının rəhbəri Kristian-Ogustin Nuçulesku-Tagarlaş səsləndirib.
Rumıniya Senatının Rumıniya-Azərbaycan dostluq qrupunun üzvü kimi seçkiləri izlədiyini diqqətə çatdıran qonaq seçki məntəqələrinin hərtərəfli şəraitlə təmin olunduğunu qeyd edib.
Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Parlament seçkilərində 990 namizəd mübarizə aparıb.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar