Azərbaycanda parlament seçkilərini müşahidə edən Serbiya parlamentinin üzvü Jivota Starteviç səsvermə günü bir neçə məntəqədə olduqlarını və seçkilərin demokratik standartlara uyğun keçirildiyini deyib.
“İki sahil” xəbər verir ki, o bildirib ki, seçki prosesinə mane olan heç bir şeyə rast gəlinmədi:
"Proses sülh şəraitində oldu. Bizim müşahidə apardığımız məntəqələrdə heç bir qanunsuzluq olmadı. Mərkəzi Seçki Komissiyasının peşəkarlığı nəticəsində hər şey yüksək səviyyədə oldu. Mən istədiyim yoxlamaları apara bildim. Bu, demokratik şəraitin növbəti təzahürüdür".
Müşahidəçi söyləyib ki, məntəqə işçiləri peşəkarlıqla çalışırdılar: "Bu, göstərir ki, onlar lazımi təlimləri keçmişdilər".
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar