01 sentyabr 2024 23:00
646

Naxçıvan Ombudsmannı seçki məntəqələrində müşahidə aparıb

Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnun təminatı diqqət mərkəzində saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) məlumat yayıb.

Qeyd edilib ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva seçki məntəqələrində müşahidə aparıb.

Həmçinin Ombudsman təsisatının əməkdaşları müşahidəçi qismində həm Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 6 seçki dairəsi üzrə, həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə 45 seçki dairəsi üzrə seçki məntəqələrində müstəqil olaraq, özlərinin təşəbbüsləri ilə müşahidələr aparıblar.

Müşahidələr hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində təşkil olunmuş seçki məntəqələrində də aparılıb.