Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə ümumi seçici fəallığı açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.
O qeyd edib ki, 19:00-da yekunlaşan səsvermədə həmin saata qədər 2 milyon 196 min 771 nəfər səsvermə hüququndan istifadə edib.
5895 seçki məntəqəsi protokolları MSK-ya təqdim edib.
Qeyd edək ki, bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçkilər keçirilib.
Parlament seçkiləri üçün sentyabrın 1-i səhər saat 8:00-da açılan seçki məntəqələri 19:00-da bağlanıb. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Xatırladaq ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar