1 sentyabr növbədənkənar parlament seçkilərində əhalinin rahat şəkildə və istədiyi namizədə səs verməsinə şərait yaradılmış, onların seçiminə təsir göstərilməyib.
“İki sahil” xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) bəyanatında deyilir.
Qeyd edək ki, VHP-nin deputatlığa irəli sürdüyü 17 nəfərdən 3-ü Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə liderdir.
“Partiya rəhbərliyi, namizədlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı parlament seçkilərini izləyən uzunmüddətli müşahidə missiyasının, ATƏT Parlament Asambleyasının seçki müşahidə missiyasının üzvləri, ölkəmizdə fəaliyyət göstərən bir çox səfirliklərin nümayəndələri ilə görüşmüş, onlarla seçki mühitini müzakirə etmiş və namizədlərin təşviqat kampaniyası ilə bağlı onları məlumatlandırıb”, - bəyanatda deyilir.
“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar
İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib
“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır