02 sentyabr 2024 10:27
361

MDB: MSK seçki kampaniyasının təyin olunmuş müddətlərdə keçirilməsi üçün zəruri tədbirlər görüb

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) seçki kampaniyasının qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmiş müddətdə keçirilməsi üçün lazımi tədbirlər görüb.

“İki sahil” xəbər verir ki, bu barədə MDB müşahidə missiyasının rəhbəri, MDB-nin Baş katibinin birinci müavini Leonid Anfimov brifinqində məlumat verib.

O, missiya nümayəndələrinin MSK-nin iclaslarında iştirak etdiyini və komissiyanın şəffaf və açıq fəaliyyətini, müzakirə olunan məsələlərin müşahidəçilər və KİV nümayəndələrinin iştirakı ilə kollektiv şəkildə müzakirə edildiyini qeyd edib.

"Missiyanın fikrincə, MSK seçki kampaniyasının qanunvericiliyin tələblərinə uyğun şəkildə təyin edilmiş müddətlərdə keçirilməsi üçün zəruri tədbirlər görüb", - o əlavə edib.