Azərbaycanda insanlar üçün parlament seçkiləri bayram idi, ən yüksək səviyyədə təşkil olunmuş, şəffaflıq təmin edilmişdi.
“İki sahil” xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədr müavini Sergey Xomenko deyib.
O, Azərbaycanın yeni seçilmiş parlamenti ilə əlaqələrin yaxşı olacağına ümidvar olduğunu deyib: “Azərbaycan və Belarus parlamentləri arasında qarşılıqlı əlaqələr həmişə sıx olub və ümid edirəm ki, bu ənənə davam etdiriləcək”.
S.Xomenkonun sözlərinə görə, Belarusdan olan nümayəndə heyəti 14 müşahidəçidən ibarət olub. Onlar Azərbaycanın müxtəlif bölgələrində, onun şəxsən özü isə Şuşa, Xankəndi və Füzulidə olub.
“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar
İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib
“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır