Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına hazırlıq səylərini Özbəkistan yüksək qiymətləndirir. Bu tədbir iqlim dəyişikliyi ilə mübarizə və qlobal ekoloji problemlərin həllinə dair mühüm platformadır. Azərbaycanın bu sahədə göstərdiyi təşəbbüslər və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr Özbəkistan tərəfindən dəstəklənir və təqdir olunur.
“İki sahil” xəbər verir ki, bu sözləri Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Aziz Abduhakimov “İqlim şəffaflığı sahəsində yüksək səviyyəli dialoq” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı söyləyib.
Nazir bildirib ki, COP29 kimi qlobal əhəmiyyətli bir tədbirin Bakıda keçirilməsi, yalnız Azərbaycan və Cənubi Qafqaz regionu üçün deyil, eyni zamanda, Mərkəzi Asiya üçün böyük əhəmiyyət kəsb edir: “Bu tədbir Azərbaycanın sədrliyi ilə region ölkələrinə öz milli planlarını təqdim etmək və qlobal iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində təşəbbüslərini dünya ictimaiyyəti ilə paylaşmaq üçün əvəzsiz bir platforma yaradır”.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar