Hesabatın şəffaflığı və təhlili bizə harada doğru istiqamətdə hərəkət etdiyimizi və səylərimizi harada artırmalı olduğumuzu anlamağa imkan verir.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz Bakıda keçirilən “Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) ümumi iştirak vasitəsilə iqlim məsələlərinin şəffaflığının artırılması” adlı yüksək səviyyəli dialoq zamanı deyib.
O qeyd edib ki, ikiillik şəffaflıq hesabatları Genişləndirilmiş Şəffaflıq Çərçivəsi (ETF) üçün hazırlıqların əsas komponentidir: “Əgər bütün tərəflər öhdəliyini yerinə yetirsə və hesabat versə, iqlim dəyişikliyinin təsirləri ilə mübarizə üzrə kollektiv səylərimiz ictimaiyyət üçün aydın olacaq”.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar