03 sentyabr 2024 12:34
561

BTQ ilə Maore Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Maore Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, memorandum BTQ-nin təşkilatçılığı ilə keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfrans çərçivəsində imzalanıb.

BTQ-nin icraçı direktoru Abbas Abbasov bildirib ki, bu memorandum gələcək əməkdaşlıq perspektivlərini müəyyən edir:
“Yəni gələcəkdə iqtisadi, sosial, siyasi məsələlərdə BTQ tərəfindən Qəmər adalarına dəstək nümayiş olunacaq".