86 saylı Ağcabədi seçki dairəsində seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı iddialar Mərkəzi Seçki Komissiyasında müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bununla bağlı qurumun bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
O qeyd edib ki, 86 saylı Ağcabədi seçki dairəsindən daxil olan müraciət baxılması üçün dairə seçki komissiyasına göndərilib.
MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, bu gün iclasda müzakirə olunan şikayətlər dairələrə göndəriləcək:
"Onlar baxandan sonra yenidən şikayət olarsa, MSK-da baxılacaq".
Bundan başqa iclasda MSK 97 saylı Tərtər-Ağdam-Goranboy, 8 saylı Binəqədi birinci, 42 saylı Sumqayıt birinci seçki dairələrindən daxil olmuş müraciətləri də baxılması üçün müvafiq dairələrə göndərilməsi ilə bağlı qərar qəbul etdi.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar