Artıq Azərbaycanda İtaliya-Azərbaycan Universiteti fəaliyyət göstərir. Bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin bariz nümunəsidir.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı deyib.
İtaliyanın beş aparıcı universitetinin Azərbaycanda olan tərəf müqabilləri bilə birgə təhsil ocağı təsis etdiklərini xatırladan dövlət başçısı bildirib: “Orada təhsil almağa başlayacaq tələbələr Azərbaycan ilə İtaliya arasında təbii körpü rolunu oynayacaqlar. Onlar italyan dilini daha səlis biləcəklər. İtaliyanın tarixi irsini və mədəniyyətini də daha dərindən öyrənəcəklər”.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar