Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” SC-nin idarə heyətinin sədri Abay Turikpenbayevlə görüşüb.
“İki sahil” xəbər verir ki, səfir görüş zamanı limanın nəqliyyat-logistik və tranzit imkanları, eləcə də mövcud infrastrukturu ilə tanış olub.
Görüşdə Abay Turikpenbayev gələcəkdə dəniz limanının potensialının daha da artırılması üçün nəzərdə tutulan planlar barədə ətraflı məlumat verib.
Son illər Orta dəhliz vasitəsilə daşınan yük həcmlərində artımın baş verməsi fonunda limanın vacib nəqliyyat qovşağı kimi əhəmiyyətinin artdığı vurğulanıb.
Müzakirələr zamanı Azərbaycan və Qazaxıstanın müvafiq qurumları arasında səmərəli əməkdaşlığın davam etdirilməsinin vacibliyi xüsusi qeyd olunub. /REPORT/
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar