Dairə seçki komissiyalarının qərarlarından şikayətlərin MSK-ya təqdim edilməsi vaxtı bitib.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 9-da keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, MSK bundan sonra ancaq 25 dairənin 49 məntəqəsindən daxil olmuş şikayətləri araşdıracaq.
"Mən müraciət edirəm, həmin dairələrdən və məntəqələrdən əldə edilmiş hansısa görüntülər varsa, onları da bizə təqdim etsinlər. Amma yalnız həmin 25 dairə üzrə qeydə alınan görüntülər olmalıdır".
M.Pənahov qeyd edib ki, bu həftə şikayətlərin aşadirılması tam yekunlaşacaq.
Milli Məclisin sədri: İƏT ölkələri hər zaman Azərbaycanla həmrəylik nümayiş etdiriblər
Sahibə Qafarova: İslam dünyası ortaq çağırışlara qarşı birgə fəaliyyət göstərməlidir
Prezident: Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər islamofobiyanın açıq-aydın təzahürüdür
Azərbaycanın namizədi ilk dəfə BMT-nin Uşaq Hüquqları Komitəsində təmsil olunacaq