Budapeşt Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağı məkan ola bilər.
“İki sahil” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto bu gün “İrəvan dialoqu” forumunda deyib.
“Mənim hər iki tərəflə son danışıqlarım zamanı belə bir variant da nəzərdən keçirildi ki, Budapeşt sülh sazişinin imzalanacağı məkan ola bilər. Hesab edirəm ki, bu, göstərə biləcəyimiz mühüm yardımdır”, - o bildirib.
Diplomat Cənubi Qafqazda sülhün əldə olunmasının vacibliyini qeyd edərək, region sakinlərinin öz evlərində təhlükəsiz və dinc yaşamaq hüququna malik olduğunu vurğulayıb.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar