2023-cü ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı ilk yardıma gələn Azərbaycan oldu.
“İki sahil” xəbər verir ki, bunu ölkənin ətraf mühit və ekologiya nazirinin müavini Ömər Bulut bildirib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan iki dövlət bir millətdir: "Liderlərimiz bizim münasibətlərimizi belə müəyyənləşdirdilər. Çox doğru bir qərardır, çünki qəlblərimiz bərabər döyünür”.
Bu gün Kahramanmaraşda Azərbaycan məhəlləsində açılışı olan məktəb barədə də danışan Ö.Bulut bildirib: "Burada hüzur içində yaşayan bizlər hər zaman qardaş Azərbaycanı xatırlayacağıq. Bu mənada, dövlətlərimizin başçılarına və yardımlaşma nümunəsi sərgiləyən Azərbaycan xalqına təşəkkür edirəm". /REPORT/
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar