Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 648,1 milyon ABŞ dolları təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 dəfə azdır.
Ümumi profisit ölkənin cari əməliyyatlar balansındakı 2 milyard 625,3 milyon dollarlıq profisit (1 il əvvələ nisbətən 49,1 % az), kapital hesabındakı 0,5 milyon ABŞ dollarlıq profisit (1 il bundan əvvəl kəsir olub), maliyyə hesabındakı 2 milyard 209,4 milyon dollarlıq kəsir (1 il bundan əvvəl profisit olub), balanslaşdırıcı maddələr üzrə 231,7 milyon dollarlıq profisit (1 il bundan əvvəl kəsir olub) hesabına formalaşıb.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb