Bakı və Moskva Rusiyadan Azərbaycana düyü toxumunun tədarükü imkanlarını öyrənir.
“İki sahil” Rusiya Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ bu gün Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lutun görüşündə müzakirə olunub.
Məlumatda qeyd olunub ki, bu ilin 8 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsinin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 % artıb.
Tərəflər bildiriblər ki, Rusiyadan Azərbaycana əsasən buğda, günəbaxan yağı və qənnadı məmulatları ixrac edilir.
“Görüşdə vurğulanıb ki, Rusiya müəssisələri Azərbaycana buğda, yağ-piy məhsulları və şəkər tədarükünü artırmağa hazırdır”, - nazirlikdən qeyd ediblər.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb