Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Özbəkistanın Xivə şəhərində “Şuşa günləri” keçirilib.
“İki sahil” xəbər verir ki, 11-12 sentyabr tarixləri arasında keçirilən tədbirdə Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimovla Xivə şəhərinin hakimi Temur Davletovun görüşü baş tutub.
Daha sonra Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov və xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərovun iştirakı ilə Urgənc Dövlət Universitetində rektor Bəhram Abdullayevlə görüşüb.
Görüşdə Y.V.Çəmənzəminli adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin yaradılması barədə ətraflı danışılıb. Aydın Kərimov tarixi Şuşa şəhərində aparılan abadlıq, quruculuq, bərpa və yenidənqurma işləri haqqında geniş məlumat verib.
Sonda şuşalı rəssam tərəfindən çəkilən Y.V. Çəmənzəminlinin portreti Mərkəzə hədiyyə edilib və tələbələrin ifasında kiçik bir konsert proqramı nümayiş etdirilib.
“Şuşa - dünən və bu gün” adlı foto - sərgidə Şuşanın tarixi keçmişini, füsunkar təbiətini, işğaldan əvvəl və sonrakı görkəmini, bərpa-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən müxtəlif fotolar sərgilənib, hər biri haqqında ətraflı məlumatlar verilib.
Xatırladaq ki, 2023-cü il fevral ayının 24-ü tarixindən etibarən Şuşa ilə Xivə şəhəri qardaşlaşmış şəhərlərdir.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar