Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elnur Məmmədov, qohumu Samir Əsədov və Cəsur Hüseynov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "İki sahil"ə bildirilib ki, onlardan 2 kiloqram 300 qram marixuana və metamfetamin aşkar olunub. Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri Gəncə şəhərinə aparmağa razılaşdıqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində gənclərin maarifləndirilməsi istiqamətində geniş fəaliyyət həyata keçirilib -
Efiopiya ilə həssas qruplara xidmətlər sisteminin inkişafı sahəsində əməkdaşlıq sənədi imzalanıb
Gənclərin İnkişaf və Karyera Mərkəzi şəhərsalma və memarlıq sahəsində gənclərin iştirakını genişləndirməyi hədəfləyir