Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikaraqua Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Daniel Orteqa Saavedraya təbrik məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, məktubunda Nikaraqua Prezidentini və onun simasında bütün xalqını şəxsən öz adından və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edən dövlətimizin başçısı bildirib: “İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Nikaraqua arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.
Prezident İlham Əliyev bu bayram günündə Daniel Orteqa Saavedraya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Nikaraqua xalqına daim əmin-amanlıq və rifah arzulayıb.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar